İspaniya hökuməti ABŞ və İsrailin İrana hücumlarından qaynaqlanan qeyri-sabitlik səbəbindən Yaxın Şərq və Körfəz ölkələrindən təxliyə edilən ispanların sayının 7000-ə çatdığını açıqladı.
Turkustan.az xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilir ki, 28 fevralda ABŞ və İsrailin İran rejiminə hücumları və İranın cavab tədbirləri ilə başlayan gərginlikdə heç bir İspaniya vətəndaşı zərər görməyib, təxliyələr davam edir və yalnız İrandan təxliyələr 7 martda başa çatıb.
Bəyanatda bildirilir ki, bu günə qədər İrandan Bakıya, Qüdsdən İordaniyaya, Təl-Əvivdən Qahirəyə, Bəhreyn və Küveytdən Ər-Riyada gedən marşrutlarda ümumilikdə doqquz quru təxliyə əməliyyatı həyata keçirilib və Omanın paytaxtı Məsqətdən də Müdafiə Nazirliyinin təyyarələri ilə üç hava təxliyəsi həyata keçirilib və bu ərazilərdən təxliyə edilən ispanların sayı 7000-ə çatıb.
Aytən Yaşar/ Turkustan.az