İranın yeni Ali Rəhbəri Müctəba Xamenei ABŞ və İsrailin hava zərbələri nəticəsində atası Əli Xamenei, anası Mənsurə Xocəstə Bağırzadə ilə yanaşı həyat yoldaşı və bacısının öldüyünü təsdiqləyib.
Turkustan.az xəbər verir ki, o, bu barədə xalqa ilk səsli müraciətindən danışıb.
Xamenei bildirib ki, onların ölümü İran ərazisində həyata keçirilən hərbi əməliyyat zamanı baş verib. O, hadisəni “ağır itki” adlandıraraq bunun İran xalqının yaddaşında qalacağını qeyd edib./“Yeni Sabah”