Fransa Mərkəzi Bankının sədri François Villeroy de Galhau bildirib ki, hökumətlər Yaxın Şərqdə baş verən hadisələrin neft bazarında yaratdığı həssas vəziyyətə qarşı tədbirlər görür.
Turkustan.az xəbər verir ki, o, RTL radiosuna müsahibəsində deyib ki, vətəndaşlar üçün mümkün yanacaq subsidiyalarının tətbiqi onsuz da yüksək borc yükü altında olan Fransa iqtisadiyyatına mənfi təsir göstərə bilər.
Qalhau qeyd edib ki, dövlət maliyyəsinin hazırkı vəziyyəti hökumətə yeni subsidiyalar verməyə imkan vermir. Onun sözlərinə görə, büdcə kəsiri və dövlət borcunun daha da artırılması uzunmüddətli faiz dərəcələrinin yüksəlməsinə səbəb ola bilər.
“Əgər büdcə kəsirlərini və borcları daha da artırsaq, bu, 10 il və daha uzun müddətli faiz dərəcələrinin artmasına gətirib çıxaracaq və nəticədə Fransa vətəndaşları bundan zərər görəcək”, – deyə o bildirib.
Dövlət borcunun ÜDM-ə nisbəti 111,7 faiz ətrafında dəyişkən olan Fransa, İtaliya ilə birlikdə ən yüksək borc yükünə malik Avropa Birliyi (AB) ölkələri arasındadır.
Bundan əlavə, dövlət borcunun azaldılmasına yönəlmiş büdcə təklifləri hökumətlə müxalifət arasında əsas fikir ayrılıqlarından biridir.
Aytən Yaşar/ Turkustan.az