NYT: İrana hücumlar ABŞ-a baha başa gəldi


"New York Times" qəzetinə danışan mənbələr ABŞ-ın İrana hücumlarının ilk altı gününün dəyərinin 11,3 milyard dolları keçdiyini iddia ediblər.

Turkustan.az xəbər verir ki, mənbələr qəzetə bu məlumatın Konqres üzvləri ilə paylaşıldığını bildiriblər.

ABŞ-ın İrana qarşı hücumlarının ilk altı gündə 11,3 milyard dolları keçdiyi iddia edilib.

“New York Times” (NYT) qəzetinin məsələ ilə tanış olan üç mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmiləri Konqres üzvləri ilə keçirdiyi brifinqdə İrana qarşı hücumların dəyəri ilə bağlı qiymətləndirmələrini bölüşüblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ