ABŞ prezidenti Tramp ABŞ və İsrailin İrana quru hücumuna hazırlaşdığı iddialarını rədd etdi.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti NBC News-a verdiyi açıqlamada bildirib ki, "Bu, vaxt itkisidir. Onlar hər şeyi itiriblər. Onlar donanmalarını itiriblər. Onlar itirə biləcəkləri hər şeyi itiriblər."
Trampın açıqlaması İran xarici işlər naziri Abbas Əraqçinin ABŞ televiziyasında belə bir addımın ABŞ və İsrail üçün "böyük bir fəlakət" olacağı ilə bağlı şərhinə cavab idi.
Aytən Yaşar/ Turkustan.az