ABŞ-ın Maliyyə Naziri Skott Bessent qlobal neft tədarükünü qorumaq üçün Hindistan neft emalı zavodlarına Rusiya nefti almağa icazə verən 30 günlük müvəqqəti güzəşt tətbiq etdiyini açıqladı.
Turkustan.az xəbər verir ki, Bessent bu məsələ ilə bağlı ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında paylaşım edib.
ABŞ Prezidenti Donald Trampın enerji gündəliyinin ölkənin neft və təbii qaz hasilatının indiyə qədər qeydə alınmış ən yüksək səviyyəyə çatması ilə nəticələndiyini vurğulayan Bessent bildirib ki, "Neftin qlobal bazara axışının davam etməsini təmin etmək üçün Maliyyə Nazirliyi Hindistan neft emalı zavodlarına Rusiya neftini almağa icazə verən 30 günlük müvəqqəti güzəşt verir".
Bessent qeyd etdi ki, qısa müddət üçün qəsdən hazırlanmış bu tədbir Rusiya hökumətinə heç bir əhəmiyyətli maliyyə faydası verməyəcək, çünki o, yalnız dənizdə artıq ilişib qalmış neftlə bağlı əməliyyatlara icazə verir.
Hindistanın ABŞ-ın vacib tərəfdaşı olduğunu vurğulayan Bessent aşağıdakıları qeyd etdi:
"Biz Nyu-Dehlinin ABŞ neft alışını artıracağını gözləyirik. Bu müvəqqəti tədbir İranın qlobal enerjini girov götürmək cəhdinin yaratdığı təzyiqi azaldacaq."
Aytən Yaşar/ Turkustan.az