İranda hərbi rəhbərlik qalmadı: İsrailin hədəf aldığı generalların ölüm siyahısı


İrandan gələn son məlumatlara görə, İsrailin həyata keçirdiyi genişmiqyaslı hava zərbələri nəticəsində ölkənin hərbi elitası ağır itkilər verib.

Turkustan.az xəbər verir ki, həlak olan yüksək rütbəli komandanların siyahısı artıq məlumdur.

Beynəlxalq agentliklər və yerli mənbələr tərəfindən təsdiqlənən siyahıda İran silahlı qüvvələrinin aşağıdakı rəhbər şəxsləri yer alır:

General-mayor Seyid Əbdürrəhim Musavi – Baş Qərargah rəisi;

General-leytenant Məhəmməd Pakpur – İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının baş komandanı;

Admiral Əli Şamxani – Ali rəhbərin baş hərbi müşaviri və Müdafiə Şurasının katibi;

General-mayor Əziz Nəsirzadə – İranın Müdafiə naziri.

Bu, müasir İran tarixində hərbi komandanlığa endirilən ən sarsıdıcı zərbə hesab olunur. Bir neçə saat ərzində ölkənin həm ordu, həm də SEPAH rəhbərliyinin əsas simalarının itirilməsi idarəetmə sistemində ciddi boşluq yaradıb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ