İranın yeni rəhbərliyi Vaşinqtonla danışıqlara başlamaq istəyir.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
"Onlar danışmaq istəyirlər və mən də danışmağa razılaşdım, ona görə də onlarla danışacağam. Bunu daha tez etməli idilər. Çox praktik və asan bir şey etməli idilər. Çox gözlədilər", - deyə Tramp "Atlantik"ə verdiyi müsahibədə bildirib.
Prezident qeyd edib ki, əməliyyat başladıqdan sonra İranın hazırkı rəhbərliyi əlaqə qurmaq təşəbbüsünü öz üzərinə götürüb. /axar.az/