Pakistanda ABŞ konsulluğuna hücum edildi: ölənlər var - VİDEO


İranın dini lideri Əli Xameneinin ölümündən sonra Pakistanda etirazçılar ABŞ-ın Karaçidəki konsulluğuna hücum ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

Məlumata görə, Karaçidə İrana qarşı son hərbi hücumlardan qəzəblənən bir qrup etirazçı ABŞ konsulluğunun pəncərələrini sındırıblar.

**

Karaçi şəhərində ABŞ konsulluğunun qarşısında baş verən atışma nəticəsində ən azı 10 nəfər həlak olub.

Qeyd edək ki, İran hökuməti ölkənin ali dini rəhbəri Əli Xameneinin İsrail və ABŞ-ın endirdiyi zərbələr nəticəsində öldüyünü təsdiqləyib və 40 günlük matəm elan edib. /Axar.az/


MANŞET XƏBƏRLƏRİ