NATO bölgədə "Arktika Müşahidəsi" missiyasına başladı


NATO alyansın Arktika bölgəsindəki mövcudluğunu gücləndirmək üçün nəzərdə tutulan "Arctic Sentry" missiyasının başladığını elan etdi.

Turkustan.az xəbər verir ki, NATO-nun Müttəfiq Qüvvələrinin Ali Qərargahı (SHAPE) Müttəfiq Əməliyyatlar Komandanlığı tərəfindən "Arktika Müşahidəsi" missiyasının başladığını açıqladı.
Bəyanatda qeyd olunur ki, missiya NATO-nun Arktikadakı mövcudluğunu gücləndirəcək və onu ABŞ-ın Norfolk şəhərində yerləşən Birgə Qüvvələr Komandanlığı (JFC Norfolk) idarə edəcək.

Bəyanatda ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Ruttenin alyansın Arktikanın müdafiəsində daha böyük məsuliyyət daşıması barədə razılığa gəldikləri xatırladılıb və missiyanın Rusiya və Çinin bölgədəki artan fəaliyyətləri fonunda bu məqsədlə başladığı qeyd edilib.

Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı (SACEUR) general Aleksus Qrinkeviç verdiyi açıqlamada bildirib ki, missiya NATO ərazisini qorumaq və Arktikanın təhlükəsizliyini təmin etmək üçün alyansın gücündən istifadə edəcək.

Qrinkeviç həmçinin bildirib ki, "Arktika Müşahidəsi alyansın üzvlərini qorumaq və dünyanın ən strateji əhəmiyyətli və ekoloji cəhətdən çətin bölgələrindən birində sabitliyi qorumaq öhdəliyini vurğulayır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ