ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ermənistana səfəri zamanı qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməsi ilə bağlı paylaşımını sosial şəbəkə hesabından silib.
Turkustan.az xəbər verir ki, Vens abidə ilə bağlı iki dəfə “erməni soyqırımı” ifadəsini qeyd etdiyi paylaşımı X hesabında silib.
Paylaşım bir neçə saat Ağ Ev rəsmisinin səhifəsində aktiv qalıb, daha sonra yoxa çıxıb.
Daha sonra Vensin ofisinin sözçüsü vitse-prezidentin sözügedən abidəyə ziyarətindən söz açsa da, “erməni soyqırımı” ifadəsini işlətməyib. /Globalinfo.az/