“Rusiyanın TRİPP layihəsində (Zəngəzur dəhlizi) iştirakını təsəvvür edə bilmirəm”.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
Erməni spiker qeyd edib ki, TRİPP ABŞ layihəsidir.
“Bunu necə təsəvvür edirsiniz? TRİPP Ermənistan-ABŞ şirkətidir. Ermənistan ərazisindən hərəkət təkcə TRİPP çərçivəsində məhdudlaşmır. İndi fərz edək ki, un, buğda və ya neft məhsulları (Azərbaycandan-red) gəlir. Bu yüklər TRİPP çərçivəsində gəlmir. Rusiya tərəfi layihənin genişləndirilməsini və ona digər istiqamətlərin daxil edilməsini təklif edə bilərdi. TRİPP-lə bağlı oxşar mexanizm uzun müddətdir ki, masamızdadır, biz bunu müzakirə etmişik. TRİPP isə Birləşmiş Ştatlarla əldə edilən və ABŞ prezidentinin sayəsində əldə olunan sülhün təməl daşı olan başqa məsələdir”, - o deyib.
Simonyan istisna etməyib ki, Rusiyanın TRİPP-də iştirakı ABŞ tərəfindən Ermənistanın razılığı ilə nəzərdən keçirilə bilər.
“Rusiya TRİPP-ə diqqət etməməlidir. Bu, Ermənistandan keçən və keçəcək yeganə yol deyil. Başqa yollar da var”, - o bildirib./publika.az