Aİ 2035-ci ilin sonuna qədər silahlanmaya 6,8 trilyon avro xərcləməlidir


Avropa İttifaqı (Aİ) ölkələri hərbi xərcləri ÜDM-in 5%-nə çatdırmaq öhdəliklərini yerinə yetirmək üçün 2035-ci ilin sonuna qədər silahlanmaya 6,8 trilyon avro xərcləməli olacaqlar.

Turkustan.az xəbər verir ki, bu barədə Strasburqda keçirilən Avropa Parlamentinin iclasında Avropa müdafiə və kosmik komissarı Andrius Kubilius bildirib.

Kubilius qeyd edib: "2035-ci ilin sonuna qədər Aİ ölkələri NATO öhdəliklərini yerinə yetirmək üçün müdafiəyə 6,8 trilyon avro xərcləməli olacaqlar".

Onun sözlərinə görə, Avropa Komissiyası icma ölkələrinin əsas vəzifəsini silah istehsalı, təmiri və onların baxımı hesab edir. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ