İran XİN Türkiyəyə təşəkkür etdi


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi region ölkələrinin danışıqlara göstərdiyi xoşməramlı yanaşmanı yüksək qiymətləndirdiklərini bildirib.

Turkustan.az xəbər verir ki, İran mediasının məlumatına görə, Bekayi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlama verib. O, region ölkələrinin danışıqlara ev sahibliyi etmək istədiyini vurğulayaraq deyib:

“Keçmiş təcrübələr və müxtəlif səbəblərə görə danışıqların, ABŞ-ın iyun ayında danışıqlar masasını dağıtdığı Oman’da keçirilməsini istədik. Danışıqlar üçün səy göstərən bütün qonşularımıza, xüsusən də Türkiyəyə təşəkkür edirik”.

Bekayi qeyd edib ki, İran region ölkələri ilə daim dialoqdadır və bu ölkələr gərginliyin azaldılmasında mühüm rol oynaya bilər. O əlavə edib: “İran öz maraqlarını diplomatiya yolu ilə qorumaq niyyətindədir”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ