NATO müttəfiqləri Alyansın Komandanlıq Strukturunda yüksək hərbi vəzifələrin yeni bölgüsü barədə razılığa gəlib.
Turkustan.az xəbər verir ki, razılaşmaya görə, Avropa müttəfiqlər NATO-nun hərbi rəhbərliyində daha görkəmli rol oynayacaq.
Bəyanatda qeyd olunur ki, bu addım məsuliyyətlərin daha ədalətli bölüşdürülməsi və Avropa müttəfiqlərin liderlik rolunu artırmaq məqsədi daşıyır. Eyni zamanda, ABŞ NATO-nun komandanlıq və nəzarət strukturuna, o cümlədən Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı (SACEUR) roluna sadiqliyini davam etdirir.
Yeni razılaşmaya əsasən, Böyük Britaniya Norfolk, İtaliya isə Neapol Birgə Qüvvələr Komandanlığına rəhbərlik edəcək. Almaniya və Polşa isə Brunssum Birgə Qüvvələr Komandanlığını növbə ilə idarə edəcək. Beləliklə, əməliyyat səviyyəsində liderlik təmin edən bütün üç Birgə Qüvvələr Komandanlığına avropalılar rəhbərlik edəcək.
Aytən Yaşar/ Turkustan.az