Fidandan kritik etiraf: ABŞ–İran xəttində təhlükə...


Hazırda ABŞ ilə İran arasında hərbi toqquşmaların başlanması üçün real zəmin yoxdur.

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.

Nazirin sözlərinə görə, həm ABŞ, həm də İran tərəfi danışıqlara hazır olduqlarını açıq şəkildə nümayiş etdirir. Fidan bildirib ki, hazırkı mərhələdə ritorika hərbi eskalasiyadan daha çox diplomatik kanallara yönəlib və bu da risklərin azalmasına səbəb olub.

O qeyd edib ki, Türkiyə regionda mümkün qarşıdurmanın qarşısını almaq üçün bütün diplomatik vasitələrdən istifadə edir və dialoqun davam etməsi üçün fəal vasitəçilik rolunu saxlayır. Nazir vurğulayıb ki, Ankara üçün əsas prioritet Yaxın Şərqdə sabitliyin qorunması və gərginliyin nəzarətdən çıxmasına imkan verilməməsidir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ