Qlobal mobillik üzrə ekspert olan ECA International gözlənilən illik “Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri” hesabatını açıqlayıb.
Turkustan.az xəbər verir ki, 2025–2026-cı illəri əhatə edən araşdırmaya əsasən, siyahının zirvəsində yer alan şəhər əvvəlki mövqeyini qoruyub saxlayıb.
ECA International səhiyyə xidmətləri, cinayətkarlıq səviyyəsi, hava keyfiyyəti, infrastruktur və sosial şərait də daxil olmaqla 275 fərqli meyar üzrə dünya üzrə 500-dən çox şəhəri təhlil edib. Son nəticələrə görə, reytinq cədvəlində ilk 10 pilləni Avropa şəhərləri tutur.
Analitiklərin fikrincə, bu ilki reytinqlərdə hava keyfiyyəti və sosial-siyasi sabitlik əsas həlledici amillərdən biri olub.
Dünyanın ən təhlükəsiz 10 şəhəri:
Bern – İsveçrə
Kopenhagen – Danimarka
Stavanger – Norveç
Cenevrə – İsveçrə
Lüksemburq şəhəri – Lüksemburq
Haaqa – Hollandiya
Vyana – Avstriya
Münhen – Almaniya
Dublin – İrlandiya
Lissabon – Portuqaliya
Aytən Yaşar/ Turkustan.az