Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, İlim Yayma Vəqfinin Himayədarlar Şurasının sədri Bilal Ərdoğan Bakı şəhərində restoran açacağını bildirib.
Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, o, bu barədə Güngörən bələdiyyəsinin təşkil etdiyi “Bir sual - bir cavab” adlı tədbirdə gənclərin sualını cavablandırarkən deyib.
B.Ərdoğan ilk dəfə 2007-ci ildə ticarətlə məşğul olmağa başladığını bildirib:
“ABŞ-da Türkiyədən olan dostlarım köşklərdə kosmetika məhsulları satırdılar. Mənə Türkiyəyə qayıdıb bu işi ölkəmizdə davam etdirmək istədiklərini söylədilər. Onlara ortaqlıq təklif etdim.
2009-ci ildə isə şəriklərimlə restoran biznesinə başladıq. Ortaqlarımızla müxtəlif restoranlarımız var. İl yarım öncə Dubayda bir restoran açmışıq. Bakıda da açmağı planlaşdırırıq. Bir sözlə, hazırda qida sektorunda çalışıram”.