ABŞ-dan türk dünyasına xoş xəbər – SSRİ-dən qalma saziş ləğv edilir


“ABŞ Mərkəzi Asiya ölkələri ilə münasibətlərə mane olan Sovetdənqalma məhdudiyyətin ləğvinə hazırdır”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, hazırda qüvvədə olan 1974-cü il Cekson-Venik düzəlişinin aradan qaldırılması vacibdir.

Qeyd edək ki, Cekson–Venik düzəlişi (1974) ABŞ Konqresində qəbul edilmiş bir qanunvericilik maddəsidir. Əsas məqsədi Sovet İttifaqı və digər ölkələrdə insanların azad şəkildə ölkədən çıxışını məhdudlaşdıran ölkələrə qarşı ticarət təzyiqi yaratmaqdır./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ