Sovet İttifaqına işləyən amerikalı casusun ACI SONLUĞU: 84 yaşında...


ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş zabiti, məxfi məlumatları əvvəlcə Sovet İttifaqına, sonra isə Rusiyaya ötürmüş Oldriç Eymz ABŞ-ın federal həbsxanasında 84 yaşında vəfat edib.

Turkustan.az xəbər verir ki, Eymz 31 il CIA strukturlarında çalışıb və İdarənin əks-kəşfiyyat idarəsinin Sovetlər üzrə şöbəsinə rəhbərlik edib. O, KQB-yə işləyən sovet vətəndaşları arasından 25 agenti ifşa edib, onlardan 10-u məhkəmə hökmü ilə edam olunub.

21 fevral 1994-cü ildə, sovet kəşfiyyatı üçün 9 ildən artıq işlədikdən sonra Oldriç Eymz FBI agentləri tərəfindən saxlanılıb.

/KONKRET.az/


MANŞET XƏBƏRLƏRİ