İsrail və ABŞ donanmaları hərbi təlimlərə başladı


İsrail ordusu ABŞ və İsrail donanmaları arasında bir həftəlik birgə hərbi təlimə başladığını elan edib.

Turkustan.az xəbər verir ki, İsrail ordusunun bəyanatında deyilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması və İsrail Hərbi Dəniz Qüvvələrinin ünsürləri “strateji və əməliyyat əməkdaşlığı gücləndirmək” üçün birgə dəniz təlimi keçiriblər.

Bəyanatda deyilir ki, təlimin məqsədi “iki donanma arasında strateji və əməliyyat əməkdaşlığı və müxtəlif regional təhlükələrlə mübarizə təcrübəsini gücləndirməkdir”.

İsrail ordusunun minlərlə dənizçi göndərdiyi bir həftəlik təlimin 2022 və 2023-cü illərdə də keçirildiyi xatırladılıb.

İsrail ordusu təlimin harada keçirildiyini açıqlamayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ