Tramp “məxfi silah”ı açıqladı: Maduro bu üsulla ələ keçirilib


ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun tutulması zamanı istifadə edilən gizli texnologiya barədə sensasion açıqlama verib.

Turkustan.az xəbər verir ki, "New York Post" qəzetinə danışan Tramp əməliyyatda “Discombobulator” adlı məxfi silahdan istifadə olunduğunu bildirib.

Onun sözlərinə görə, bu texnologiya Venesuelanın radar və raket sistemlərini tam sıradan çıxarıb və nəticədə ABŞ xüsusi təyinatlıları Maduronu müqavimətsiz ələ keçirə biliblər. Tramp qeyd edib ki, Venesuelanın arsenalında Rusiya və Çin istehsalı olan raketlər mövcud olsa da, hücum zamanı onların heç biri işə düşməyib.

“Discombobulator(çaşdırıcı). Bundan artığını deyə bilmərəm, amma çox istərdim ki, deyəm. Onlar raketləri işə sala bilmədilər. Biz daxil olduq, onlar düymələri basdılar, amma heç nə baş vermədi. Tam hazır idilər, lakin sistemləri tam sıradan çıxmışdı”, – deyə ABŞ prezidenti vurğulayıb.

Trampın bu açıqlaması beynəlxalq təhlükəsizlik və hərbi texnologiya dairələrində ciddi rezonans doğurub və ABŞ-ın malik olduğu gizli imkanlarla bağlı müzakirələri yenidən alovlandırıb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ