Tramp Üçüncü Dünya müharibəsinə hazırlaşır – İnanılmaz iddia


“ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək istəyi Vaşinqtonun müttəfiqlərini mümkün qədər çox silah əldə etməyə və NATO daxilində hərbi büdcələrini artırmağa təşviq etmək məqsədi daşıyır”.

Turkustan.az xəbər verir ki, bunu Finlandiya milli-mühafizəkar partiyası “Azadlıq Alyansı”nın üzvü Armando Mema deyib.

“Ağ Ev rəhbəri mümkün Üçüncü Dünya müharibəsi ssenarisində qitələrarası ballistik raket hücumlarını dəf etmək ümidi ilə Qrenlandiyada “Qızıl Günbəz” tikmək istəyir”, – deyə siyasətçi bildirib.

Mema Arktikada hərbi əməliyyatlar baş verəcəyi təqdirdə Qrenlandiyanın strateji əhəmiyyət kəsb edəcəyinə diqqət çəkib.

O, həmçinin adada nadir mineralların olduğunu və ABŞ-ın bundan faydalanmaq istədiyini qeyd edib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ