İsrail Suriyadakı bölgələrdən çəkilməkdən imtina etdi


Mümkün təhlükəsizlik razılaşması üçün Dəməşq administrasiyası ilə danışıqlar zamanı İsrailin Suriyanın cənubunda Baas rejiminin devrilməsindən sonra işğal etdiyi ərazilərdən geri çəkilməkdən imtina etdiyi bildirilib.

Turkustan.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-a danışan İsrail mənbələri, Təl-Əviv və Dəməşq administrasiyası arasında təhlükəsizlik razılaşması üçün danışıqların çıxılmaz vəziyyətə düşdüyünü bildirib.

İsrailli qaynaqlar dekabrın 8-də Baas rejiminin devrilməsinin ardından İsrailin Suriyada işğal etdiyi ərazilərdən geri çəkilməməsi səbəbiylə danışıqların çıxılmaz vəziyyətə düşdüyünü bildirərək, Təl-Əviv rəhbərliyinin yalnız tam sülh razılaşması müqabilində söz mövzusu bölgələrin işğalına son qoyacağını iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ