19 yeni keçid məntəqəsi! İsrailin təhlükəsizlik zonası genişlənir


İsrail Suriya ərazisində hər gün əhatə dairəsini genişləndirir.

Turkustan.az xəbər verir ki, Druzi əhalisinin çox olduğu ərazilərdə hökmranlığını dərinləşdirən İsrailin 19 yeni forpost və təhlükəsizlik məntəqəsi yaratdığı və Livan, Misir və İordaniyada həyata keçirdiyi təhlükəsizlik zonası layihəsini Suriyaya qədər genişləndirməyə çalışdığı bildirilir.

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyanın cənubunda üstünlüyünü artıran İsrail druz qrupları vasitəsilə bölgədə daimi varlıq yaratmaq istiqamətində addımlar atır. Qolan təpələrində illərlə davam edən işğalını da davam etdirən İsrailin hərəkətləri narahatlıqla izlənilir. Bölgədən gələn son məlumata görə, İsrail Suriyanın cənubundakı forpost və nəzarət məntəqələrinin sayını artırıb.

Təhlükəsizlik və terrorizm üzrə ekspert Ünal Atabay qeyd edib ki, İsrail xüsusilə kritik qovşaqlarda və yüksəkliklərdə özünü təsdiqləyib və bu addımların potensial nəticələri barədə məlumat verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ