Almaniyanın paytaxtını iki yerə bölən və Soyuq Müharibənin simvolu kimi qələmə verilən Berlin divarının dağıdılmasından 36 il keçməsinə baxmayaraq, alman vətəndaşları hələ də o dövrün xatirələrini yaddaşlarında canlı saxlayır.
Turkustan.az xəbər verir ki, İkinci Dünya Müharibəsində məğlub olan Almaniya ABŞ, İngiltərə, Fransa və keçmiş Sovet İttifaqı tərəfindən dörd yerə bölündü.
1949-cu ildə ABŞ, Böyük Britaniya və Fransanın nəzarətində olan vilayətlərin idarələri birləşdirilərək Almaniya Federativ Respublikası (AFR), eyni ildə keçmiş Sovet İttifaqının idarəsi altında olan bölgədə Almaniya Demokratik Respublikası (ADR) elan edilmiş və ölkə iki yerə bölünmüşdür.
Sonrakı illərdə 2,5 milyondan çox gənc və yaxşı təhsil almış insan iqtisadi səbəblərdən Şərqdən Qərbi Almaniyaya qaçdı.
Aytən Yaşar/ Turkustan.az