ABŞ mətbuatı: Tramp Qəzzada ən azı iki il beynəlxalq qüvvənin yaradılmasını istəyir


ABŞ administrasiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) bəzi üzvlərinə Qəzzada ən azı iki il müddətinə beynəlxalq qüvvələrin yaradılmasını tələb edən qətnamə layihəsi göndərib.

Turkustan.az xəbər verir ki, Axios xəbər saytı ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən hazırlanan və dünən BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinə göndərildiyi bildirilən layihənin təfərrüatlarını paylaşıb.

Hesabata görə, layihə ABŞ və digər iştirakçı ölkələrə 2027-ci ilin sonuna qədər Qəzzanı idarə etmək və təhlükəsizliyini təmin etmək üçün geniş səlahiyyət verəcək, daha sonra isə bu müddətin uzadılması mümkün olacaq.

Adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, qətnamə layihəsi yanvar ayına qədər Qəzzəyə ilk qoşun yeridilməklə, onu səsverməyə çıxarmaq və yaxın həftələrdə qüvvəyə minmək məqsədi ilə BMT Təhlükəsizlik Şurasının üzvləri arasında yaxın günlərdə danışıqların əsasını təşkil edəcək.

ABŞ rəsmisi bəyan edib ki, Beynəlxalq Təhlükəsizlik Qüvvələri (ISF) “sülhməramlı qüvvədən çox, icra qüvvəsi” olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ