Pakistan-Əfqanıstan sərhədində toqquşmalar yenidən şiddətləndi


Pakistan-Əfqanıstan sərhədində toqquşmaların yenidən şiddətləndiyi bildirilir.

Turkustan.az xəbər verir ki, iki ölkə arasında sərhəd sayılan Durand xətti yaxınlığında Əfqanıstan və Pakistanın yenidən toqquşduğu bildirilir.

Kabildə yerləşən Tolo News-un ABŞ mərkəzli X şirkətinin sosial media platformasında paylaşdığı xəbərə görə, Əfqanıstan və Pakistan sərhəd qüvvələri arasında keçən həftə toqquşmalar yenidən alovlanıb.

Tolo ilə danışan Əfqanıstanın şərqindəki Xost vilayətinin qubernatorunun sözçüsü Əfqanıstan qüvvələrinin Durand xətti yaxınlığında Pakistan qüvvələrinə hücum etdiyini bildirib.

Sözçü Pakistanın ilkin olaraq hücuma hazırlaşdığını, lakin “uğursuzluq” qazandığını və qarşıdurmaların hələ də davam etdiyini iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ