Moskva Bakı və İrəvana müraciət etdi


Rusiya, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün öz ərazisində platforma təqdim etmək təklifini qüvvədə saxlayır.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Qaluzinin sözlərinə görə, Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir:

“Bizim təklifimiz qüvvədə qalır. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarını nəzərə alaraq, tərəflər arasında qalan fikir ayrılıqlarının aradan qaldırılmasına hərtərəfli yardım göstərməyə hazırıq”.

O, həmçinin qeyd edib ki, Rusiya İrəvan və Bakı arasında münasibətlərin tənzimlənməsi prosesində böyük və səmərəli rol oynayıb./axar.az


MANŞET XƏBƏRLƏRİ