Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodriges ABŞ-ın Karib dənizində narkotik tacirləri üçün yer açdığını iddia edib.
Turkustan.az xəbər verir ki, Venesuelanın paytaxtı Karakasda keçirilən Milli Suverenlik və Sülh Şurasının iclasında çıxış edən Rodriges ABŞ-ın Karib dənizi bölgəsindəki hərbi fəaliyyətini tənqid edib.
Rodriges ABŞ-ı narkotik tacirləri üçün yer yaratmaqda günahlandıraraq, "Əgər Vaşinqton həqiqətən də narkotik ticarəti ilə mübarizə aparmaq istəsəydi, ABŞ-a çatan narkotiklərin 85 faizinin Sakit okeandan keçdiyini nəzərə alardı" dedi.
Aytən Yaşar/ Turkustan.az