Putinin yeni “qiyamət silahı” üzə çıxdı – Detallar


“Rusiya Prezidenti Vladimir Putinin elan edəcəyi yeni silahlar ola bilsin ki, sərhədsiz mənzilli “Burevestnik” raketləridir”.

Turkustan.az xəbər verir ki, bunu hərbi ekspert Yuri Knutov deyib.

“Bu qanadlı raket 20 min kilometr uçuş məsafəsinə malikdir və ekvivalent mənzili 40 mindən çoxdur. “Burevestnik” dünyanın istənilən yerindən hədəfinə çata bilər”, – o bildirib.

Ekspert qeyd edib ki, bu, “qiyamət silahıdır”.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Tacikistanda keçirdiyi mətbuat konfransında tezliklə yeni silahı elan edəcəyini demişdi. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ