Rusiya-Ukrayna müharibəsi: Robotların savaşı....


Rusiya-Ukrayna müharibəsində cəbhə xəttində PUA-lar səmada üstünlük təşkil edir. Onların “kölgəsində” hər iki tərəfin yerüstü robot sistemlərindən istifadəsi getdikcə genişlənir.

Turkustan.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

"PUA-ların aktiv istifadəsi nəticəsində cəbhədə təmas xəttindən 25 km dərinliyə çata bilən qondarma "ölü zona” formalaşıb.

Belə şəraitdə lazım olan hər şeyi ön cəbhəyə çatdırarkən canlı itkiləri azaltmaq üçün maddi-texniki təminat işləri PUA vasitələrinə həvalə edilməlidir.

Dronlar bu qarnizonlara sursat və təchizat çatdıran nəqliyyata hücumlarda yaxşı çıxış edir. Faktiki olaraq hər iki tərəf pilotsuz təyyarələrdən istifadə edərək düşmənin nəzarətində olan kənd və qəsəbələri nəzarət altına almağa çalışır. Məhz belə bir mühasirəni yarmaq üçün yerüstü robot sistemlərindən istifadə edilməlidir",- məlumatda deyilib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ