Rusiya prezidenti Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına baxmayaraq, Tacikistandadır. Tacikistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı olan dövlət kimi, həbs qərarının icrası ilə bağlı Statutdan irəli gələn öhdəliklərə əməl etməyib.
Turkustan.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Tacikistandakı nümayəndəliyinin bəyanatında deyilir.
Qeyd edək ki, Düşənbədə 9-10 oktyabrda MDB Dövlət Başçıları Şurasının sammiti baş tutub. Rusiya Prezidenti Putin bu iclasda iştirak edib, həmçinin ikitərəfli görüşlər keçirib. /axar.az/