2022-ci ildə Ukraynada münaqişənin başlanmasından sonra bir Qərb ölkəsinin səfiri Gürcüstana Rusiya ilə qarşıdurmaya getməyi təklif edib.
Turkustan.az xəbər verir ki, bu barədə oktyabrın 9-da “İmedi” telekanalına müsahibəsində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.
“Qərb ölkələrindən birinin səfiri ölkənin baş naziri (o zaman bu vəzifəni İrakli Qaribaşvili tuturdu) ilə görüşür və deyir: “Sən başla, səni hərbi texnika ilə təmin edəcəklər”.
Kaladzenin sözlərinə görə, Gürcüstana 10 gün ərzində “dözmək” lazım idi, bundan sonra münaqişənin partizan müharibəsinə çevriləcəyi nəzərdə tutulurdu. Tbilisi meri bu təklifi hansı Qərb səfirinin irəli sürdüyünü açıqlamayıb./publika.az