Türkiyə sərhədində xüsusi təyinatlılar! 150.000 nəfərlik ehtiyat ordu


Yunanıstanın müdafiə naziri Dendias ölkəsinin silahlı qüvvələrində yeni islahatlar apardığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Yunanıstan 150 ​​minlik ehtiyat ordu yaradacaq və Türkiyə sərhədindəki Evros çayına xüsusi birlik yerləşdirəcək. Pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı da xüsusi qaydalar hazırlanacaq. Bu arada Yunanıstan Türkiyənin “Casus Belli” qərarını ləğv etməsi ilə bağlı Avropa Müdafiə Proqramı çərçivəsində addımlar atır.

Yunanıstanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrini “daha ​​çevik” və “döyüşə hazır” etmək məqsədi daşıyan hərtərəfli müdafiə islahatı hazırlayıb. Qanun layihəsində həmçinin hərbi hazırlıqla bağlı müddəalar və hərbi qulluqçuların maaşlarının artırılması vədləri də yer alıb. Yeni ordu islahatı Yunanıstan qoşunlarının Şərqi Egey və Trakya sərhədləri boyunca gücləndirilməsini əhatə etsə də, Yunanıstanın Türkiyəyə qarşı hərbi əməliyyatları bununla məhdudlaşmır. Afina da Avropa Müdafiə Proqramı çərçivəsində Türkiyəyə mane olmağa yönəlmiş addımlar atır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ