Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ Ukraynaya “Tomaqavk” raketlərini verərsə, gərginlik yeni mərhələyə keçəcək.
Turkustan.az xəbər verir ki, Peskov cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.
ABŞ prezidenti Donald Trampın Ukraynaya “Tomaqavk” raketləri verməyə qərar verəcəyi ilə bağlı açıqlamasına münasibət bildirən Peskov xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Moskvanın bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib.
O, raketlərin Kiyevə çatdırılmasının Ukrayna ordusunun cəbhə xəttindəki mövqeyini dəyişməyəcəyini, əksinə, yeni eskalasiya dövrünə başlayacağını bildirərək, bu raketlərlə bağlı müxtəlif nüansların olduğunu qeyd edib:
"Söhbət nüvə qabiliyyətinə malik raketlərdən gedir. Ona görə də bu, həqiqətən də gərginliyin yeni mərhələsi olacaq".
Aytən Yaşar/ Turkustan.az