İrandan Qəzzada atəşkəs açıqlaması: Alqışlayırıq!


İran Xarici İşlər Nazirliyi Qəzzada atəşkəsin yaradılması planı ilə bağlı açıqlama yayıb.

Turkustan.az xəbər verir ki, bəyanatda İranın Qəzzada etnik təmizləmə, hərbi cinayətlər və insanlığa qarşı cinayətlərin dayandırılması və Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə zəmin yaradan bütün təşəbbüsləri həmişə dəstəklədiyi vurğulanıb və İsrailin verdiyi vədləri yerinə yetirməkdə zəif göstəricilərə diqqət çəkilib.

Bəyanatda deyilir: “İran bu məsələ ilə bağlı istənilən qərarın Fələstin xalqının və onun müqavimətinin səlahiyyətində olduğunu qəbul edir və fələstinlilərə qarşı soyqırımın dayandırılması, sionist işğalçı ordusunun Qəzzadan çıxarılması, Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət edilməsi, humanitar yardımların çatdırılması və Qəzzanın yenidən qurulması kimi məsələlərdə qəbul ediləcək istənilən qərarı alqışlayır”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ