İsveçin paytaxtı Stokholmda toplaşan nümayişçilər İsrailin humanitar yardım çatdırmaq üçün Qəzzaya gedən Qlobal Sumud Donanmasına hücumuna və fəalları saxlamasına etiraz ediblər.
Turkustan.az xəbər verir ki, çoxsaylı vətəndaş cəmiyyəti təşkilatlarının çağırışı ilə Odenplan meydanına toplaşan insanlar İsrail ordusunun Qlobal Sumud Flotillasına hücumlarını pisləyib və İsveç hökumətinin İsrail tərəfindən həbs edilən isveçli fəallara qarşı səsini çıxarmamasını ikiüzlülük kimi qiymətləndiriblər.
Etirazçılar İsveç Xarici İşlər Nazirliyinin binasının qarşısına doğru yürüş ediblər.
Aksiyada iştirak edən azərbaycanlı əsilli isveçli fəal Aydın Əmir Haşimi Anadolu Agentliyinin (AA) müxbirinə İsrailin beynəlxalq sularda Qlobal Sumud Donanmasına hücumunu pislədiklərini bildirib.
Aytən Yaşar/ Turkustan.az