İsrail Livanın cənubundakı Nəbatiyə şəhərinə hücum həyata keçirib.
Turkustan.az xəbər verir ki, İsrail ordusunun Livanın cənubundakı Nəbatiyə şəhərinə endirdiyi hava hücumunda dördü uşaq, üçü qadın olmaqla 8 mülki vətəndaşın yaralandığı bildirilib.
Səhiyyə Nazirliyinin Livanın rəsmi xəbər agentliyi NNA-da dərc etdiyi açıqlamada, İsrailin hava hücumu ilə Nəbatiyə şəhərini hədəf aldığı bildirilib.
NNA İsrailin cənub sərhəd bölgəsində yerləşən Yater qəsəbəsini də pilotsuz uçuş aparatları (PUA) ilə hədəf aldığını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az