Zelenski: Rusiyanın Polşaya PUA hücumu bütün Avropaya xəbərdarlıqdır


Prezident Vladimir Zelenski videomüraciətində bildirib ki, Rusiyanın Polşaya qarşı pilotsuz təyyarələri təkcə polyaklara deyil, bütün Avropaya xəbərdarlıqdır.

Turkustan.az xəbər verir ki, Zelenski bildirib:

"Bu müharibəni bitirməyə çalışan hər kəs Rusiyanın döyüş maşınının dayandırılması üçün lazım olanı etməlidir. Biz hamı ilə birlikdə ABŞ-ın güclü addımlarına - güclü sanksiyalara və tarif siyasətinə ümid edirik. Bu, dünyada çoxları üçün arqument olacaq.

Hamı görür ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Putinin müharibəsidir. Hamı görür ki, Rusiyanın Polşaya qarşı pilotsuz təyyarələri də Putinin müharibəsidir. Bu, təkcə polyaklar üçün deyil, Avropadakı hər kəs üçün xəbərdarlıqdır.

O, qeyd edib ki, Rusiya pilotsuz təyyarələri daha uzun məsafələrə çata bilir və bu da onun müharibə imkanlarının genişləndiyini göstərir. "Bu, artıq Rusiyanın çox uzun müharibəsidir – ambisiyaları, imkanları, büdcəsi və ona bu gücü verən Rusiya nefti, qazı, uranı və digər resursları ilə. Bu resurslar Putinə müharibəni davam etdirmək üçün maddi dayaq rolunu oynayır", – Zelenski vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ