İsrail parlamenti müharibə xərclərini maliyyələşdirmək üçün əlavə olaraq təxminən 31 milyard şekel (9 milyard dollardan çox) vəsait ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Turkustan.az xəbər verir ki, səsvermədə 120 üzvdən 42-si qanun layihəsinin lehinə, 37-si isə əleyhinə səs verib.
Qanun layihəsinin qüvvəyə minməsi üçün parlamentin ikinci və üçüncü iclaslarında qəbul edilməlidir.
Səsvermə Baş Assambleyanın növbədənkənar iclasında baş tutub.
Sessiya baş nazir Benyamin Netanyahunun Haredimləri hərbi xidmətdən azad edən qanunun qəbulu ilə bağlı verdiyi vədi yerinə yetirməməsinə etiraz olaraq iyul ayında hökumətdən çıxan iki ultra-pravoslav yəhudi (Haredi) partiyası ilə hökumət arasında siyasi razılaşmanın bir hissəsi olaraq keçirilib.
Razılaşmada Birləşmiş Tövrat Yəhudilik Partiyasının (7 yer) səsvermədə bitərəf qalması, Şas Partiyasının (11 yer) qanun layihəsinin lehinə səs verməsi nəzərdə tutulurdu.
Bundan əlavə, İsrail Parlamentinin Maliyyə Komitəsi razılaşma çərçivəsində Dini İşlər Nazirliyinə 80 milyon şekelin (24 milyon dollar) köçürülməsini təsdiqləyəcək.
İsrailin “Yedioth Aharonot” qəzeti müdafiə büdcəsinin artırılmasına səsvermənin “müharibənin davam etməsi, xüsusilə də 13-24 iyun 2025-ci il tarixlərində İranla müharibədən irəli gələn gözlənilməz xərcləri və İsrail ordusunun genişmiqyaslı hərbi satınalmalarını” həll etmək üçün edildiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az