ABŞ prezidenti Donald Tramp amerikalı iş adamı Corc Sorosla bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, “Truth Social” sosial media platformasında açıqlama verən ABŞ prezidenti radikal solçu kimi xarakterizə etdiyi Corc Soros və oğlunun mütəşəkkil cinayətlər də daxil olmaqla bir sıra cinayətləri əhatə edən RICO qanunu çərçivəsində mühakimə olunmalı olduğunu bildirib.
ABŞ prezidenti Sorosun ABŞ-da şiddətli etirazlara səbəb olduğunu bildirib və açıqlamasının sonunda “Ehtiyatlı olun, sizi izləyirik” deyib.
Donald Tramp bəyan edib ki, Sorosla birlikdə bir qrup “psixopat” ABŞ-a böyük ziyan vurur.
Corc Soros daha əvvəl ölkələrin daxili işlərinə qarışdığına görə Macarıstanın baş naziri Viktor Orban kimi siyasətçilərin tənqidinə tuş gəlmişdi.
Aytən Yaşar/ Turkustan.az