Zelenski: Putinlə bu ölkədə görüşə bilərəm


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə mümkün görüşü ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Zelenski görüşün Türkiyədə keçirilə biləcəyini, Körfəz və Avropa ölkələrinin də görüşə ev sahibliyi edə biləcəyini bildirib.

Bildirək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu sammitin hazırkı şəraitdə baş tutmayacağına işarə etmişdi.

Ukrayna prezidenti Vladimir Zelenski isə sülh prosesi üçün rəhbərlik səviyyəsində danışıqlar aparmağa hazır olduğunu bəyan edib.

Zelenski sosial şəbəkədə ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşdüyünü bildirib. Trampın sülhməramlılığa sadiqliyini vurğulayan Zelenski: "ABŞ-ın Ukraynanın təhlükəsizlik strukturunda rol oynamağa hazır olmasını yüksək qiymətləndiririk. Komandalarımız bu strukturun yaradılması üçün fəal şəkildə çalışır"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ