“Uzak Şehir”də sürpriz dəyişiklik: Aktrisa əvəzləndi - FOTO


Türkiyənin “Kanal D” telekanalının reytinqləri alt-üst edən serialı “Uzak Şehir”in heyətində sürpriz bir dəyişiklik yaşanıb.

Turkustan.az xəbər verir ki, ölkəmizdə də maraqla izlənilən layihədə “Ümmü” obrazına həyat verən Zeynep Kankonde ilə yollar ayrılıb.

O, ailəvi səbəblərə görə ekran işindən çıxıb. Artıq onu kimin əvəzləyəcəyi də məlum olub. Belə ki, aktrisa Banu Fotocan yeni mövsümdə “Uzak Şehir”də “Ümmü” obrazını canlandıracaq. Beləliklə, sözügedən serialda ilk dəfə bir obrazın oyunçusu dəyişilmiş oldu.

Qeyd edək ki, 54 yaşlı Banu Fotocan karyerası ərzində “Kırmızı Oda”, “Halka”, “Kayıp” və “Yaprak Dökümü” kimi bir çox serialda rol alıb.

/Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ