İranda MAQATE müfəttişlərinə yaşıl işıq: Parlament qəzəbləndi


İran parlamentinin qəbul etdiyi qanuna baxmayaraq, Ali Milli Təhlükəsizlik Şurasının Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinin Buşehr Nüvə Reaktoru və Tehran Araşdırma Mərkəzini yoxlamasına icazə verməsi ölkədə mübahisələrə səbəb olub.

Turkustan.az xəbər verir ki, parlamentin sədri Məhəmməd Baqir Qalibaf parlamentdəki açıqlamasında yoxlamaların təsdiqləndiyini açıqlayıb.

Bu açıqlamadan sonra bəzi millət vəkilləri qərarın ölkənin MAQATE ilə əməkdaşlığını məhdudlaşdıran mövcud qanunları pozduğunu əsas gətirərək reaksiya veriblər.

Mühafizəkar kimliyi ilə tanınan Tehran deputatı Kamran Qazenferi prezident Məsud Pezeşkianın sədrliyi ilə Şuranın qəbul etdiyi qərarın “qanunsuz” olduğunu və məsələni məhkəməyə verəcəklərini bildirib.

Digər mühafizəkar millət vəkili Əmir Hüseyn Sabiti də xarici işlər naziri Abbas Erakçini MAQATE ilə əldə olunan razılaşmanın təfərrüatlarını izah etməyə çağırıb.

Sabiti MAQATE müfəttişlərini casusluqda ittiham edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ