Hindistanda musson yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 30 nəfər həlak olub.
Turkustan.az xəbər verir ki, Hindistanın Cammu və Kəşmir və Himaçal-Pradeş ştatlarında yağan güclü yağış daşqınlara və torpaq sürüşməsinə səbəb olub.
Səlahiyyətlilər leysan yağışlar nəticəsində magistralın çökdüyünü, 30 nəfərin öldüyünü bildirib. Onlar yağışların davam edəcəyini vurğulayaraq, sakinləri riskli ərazilərdən uzaq durmağa çağırıblar.
Aytən Yaşar/ Turkustan.az