Ukrayna lideri Vladimir Zelenski Qərb ölkələrinə Kiyevin mövqeyini nəzərə almadan Ukrayna ilə bağlı qərarların qəbul edilməsinin mümkünsüzlüyü barədə "siqnal göndərmək" niyyətindədir.
Turkustan.az “Bloomberg”-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti bildirib.
“Mən siqnal verəcəm ki, Ukrayna ilə bağlı bütün həssas məsələlər Ukraynanın iştirakı ilə müzakirə olunmalıdır”, - o qeyd edib.
NBC telekanalının məlumatına görə, Tramp Zelenski ilə uzaqdan görüşəcək.
Qeyd edək ki, Donald Tramp və Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcəklər.
Kreml sammitin tarixini və yerini təsdiqləyib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Alyaskanın seçilməsi məntiqlidir – Rusiya Federasiyası və ABŞ-ın iqtisadi maraqları burada, o cümlədən Arktikada kəsişir. Danışıqların əsas mövzusu Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həllinin tapılmasıdır. Moskva Trampı növbəti görüşü Rusiyada keçirməyə dəvət edib./publika.az