Ukrayna PUA-larının Rusiyaya hücumu təhlükəsi ilə əlaqədar qondarma “Abxaziya respublikasının” hava hücumundan müdafiə sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “D News Abkhazia” məlumat yayıb.
Bildirilib ki, “Abxaziya Dövlət Təhlükəsizliyi Xidmətinin” sərhəd idarəsinin bölmələri gücləndirilmiş iş rejiminə keçirilib.
Məlumata görə, zərurət yaranarsa, Rusiya-Abxaz “sərhədindəki” Psou keçid məntəqəsi bağlanacaq. /globalinfo.az/