Avropa ölkələri Ukraynaya qoşun göndərəcək? - Koalisiya QƏRAR VERDİ


"İstəklilər koalisiyası"na daxil olan ölkələr öz qoşunlarını Ukraynaya göndərməyi planlaşdırmırlar. Bunun əvəzində Avropa gücləri Ukrayna hərbi-sənaye kompleksinə dəstəyi artıracaq.

Turkustan.az xəbər verir ki, bu barədə "The Times" mənbələrə istinadən yazır.

"Ölkələrin Ukraynaya qoşun göndərmək istəmədiyini nəzərə alsaq, Ukrayna Silahlı Qüvvələrinin özünü təmin etməsi çox vacibdir", - Böyük Britaniya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi deyib.

Nəşrin məlumatına görə, yardıma təkcə hava hücumundan müdafiə sistemləri və pilotsuz təyyarələrin tədarükü deyil, həm də Ukrayna müəssisələrində uzaqmənzilli raket istehsalının inkişafı daxildir. Bu, Kiyevin xarici təchizatdan asılılığını azaldacaq.

İyulun 10-da Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib ki, Britaniya Ukraynaya qoşun yeritmək təşəbbüsündən əl çəkməyib. Onun sözlərinə görə, müdafiə üçün “ukraynalıların mövqelərini gücləndirmək” zərurəti ilə bağlı London da belə bir addım atmağa hazırdır. /publika.az/


MANŞET XƏBƏRLƏRİ