ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton həm Kiyevin ərazi güzəştlərini, həm də Ukraynanın bəzi hissələrinin Rusiyaya qaytarılmasını təklif edir.
Turkustan.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli mərasimdə Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp deyib ki, Birləşmiş Ştatlar “üç il yarımdır mübarizə aparan” ərazilər məsələsinə baxır. "Biz gözləyirik ki, onlardan bəziləri geri qaytarılacaq, bəzi mübadilələr olacaq. Bu, çətin məsələdir", - Amerika lideri bildirib. "Hər iki tərəfin xeyrinə ərazi mübadiləsi olacaq. Bu barədə sonra, bu gün və ya sabah danışacağıq", - Tramp bildirib. O əlavə edib ki, “Zelenski nəyisə imzalamağa hazır olmalıdır”.
Aytən Yaşar/ Turkustan.az